XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2020 - 18:28

Azərbaycanda yanvarda dövlət xətti ilə 105 ipoteka krediti verilib –İpoteka və Kredit Zəmanət Fondu

Bu günə qədər Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 396,077 milyon manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, bu, ötən il dekabrın 31-i ilə müqayisədə 5,679 milyon manat, yaxud 0,4% çoxdur.

Bu ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 105 vahid artaraq 27 870-dən 27 975-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ yanvarda dəyişməyərək 69,724 milyon manat olub.

Bu ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 5,712 milyon manat və yaxud 0,8% azalaraq 723,878 milyon manatdan 718,166 milyon manata düşüb.