XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 09:23

Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı artıb –Ticarət Nazirliyi

2019-cu ildə Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 19,49 faiz artaraq 171,073 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2019-cu ilin noyabrında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2018-ci ilin noyabrı ilə müqayisədə 67,19 faiz artıb və 20,489 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2019-cu ildə Türkiyənin elektrik avadanlıqları ixracı 2018-ci illə müqayisədə 0,5 faiz azalaraq 11,242 milyard dollar təşkil edib.