XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 23:44

“OPEC+” Birgə Texniki Komitəsi toplanacaq- Vyanada

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsi (JTC) bu gün Vyanada toplantı keçirəcək.

“OPEC+” koalisiyasının texniki mütəxəssisləri neftin qiymətinin kəskin ucuzlaşmasına hansı reaksiyanın veriləcəyini, koronavirusun bazara və neft tələbatına təsirini, buna cavab olaraq hansı tədbirlərin görüləcəyini qiymətləndirəcəklər.

Bu yığıncaq kartelin neft məhdudiyyətlərinin nəzərdən keçiriləcəyi təcili nazirlər toplantısının ayın sonunda təşkilinin mümkünlüyünə qərar verməyə kömək edəcək.

Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.

Qeyd edək ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.

2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır(azərtac).