XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 00:16

“OPEC+” koronavirusun neft tələbatına təsirini nəzərdən keçirir

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsinin (JTC) mütəxəssisləri koronavirusun neft tələbatına təsirini nəzərdən keçirir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, dünən Vyanada toplaşan mütəxəssislər koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə edib, məsləhətləşmələr bu gün də davam edəcək.

Toplantının ilk günündə komitə üzvləri Çinin BMT-dəki nümayəndəsi Vanq Qunu dinləyib və koronavirusun yayılmasına hansı reaksiyanın verilməsini müzakirə edib.

OPEC mənbələrinə görə, Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq verərsə, komitə “OPEC+” iclasının daha tez keçirilməsini tövsiyə edə bilər.

Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.

Qeyd edək ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.

2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.