XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 22:30

“Boeing” “737 MAX”da yeni qüsur aşkarlandı –Xəbərdarlıq

“Boeing” şirkətinin mühəndisləri “737 MAX” təyyarələrinin proqram təminatında yeni qüsur aşkarlayıb.

Bu barədə “Bloomberg” agentliyinə Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stiv Dikson məlumat verib.

Agentliyin məlumatına görə, söhbət sabitləşmə sistemindəki problemlərdən gedir. Qeyd olunub ki, qüsur təyyarə istismara qaytarılmazdan əvvəl həll edilməlidir.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu.

Bundan başqa 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi/Report.