XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 23:17

OPEC+ Texniki Komitəsi hasilatın azaldılmasını tövsiyə edib –Gündəlik 600 min barel

OPEC+ Texniki Komitəsi iştirakçı olkələrə koronavirusun təsirini aradan qaldırmaq məqsədi ilə gündəlik neft hasilatını daha 600 min barel azaltmağı tövsiyə edib.

Rusiya mətbuatının verdiyi məlumata görə, tövsiyə xarakteri daşıyan bu təklif yalnız OPEC+ Nazirlər Komitəsi (JMMC) tərəfindən baxıldıqdan sonra son qərarın verilməsi üçün bütün nazirlərə təqdim oluna bilər.

Məlumata əsasən, texniki komitənin təcili yığıncağı fevralın 4-5-də keçiriləcəyi nəzərdə tutulsa da, tədbir fevralın 6-da da davam edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Xatırladaq ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

APA