XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 14:18

Kredit ittifaqları ötən ili zərərlə başa vurub –AMB

Azərbaycandakı kredit ittifaqları ötən ili 0,7 milyon manat xalis zərərlə başa vurub.

Bu barədə Azərbaycan Mərkəzi Bankın məlumatında deyilir.

Məlumata görə, il ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 2,4 milyon manat, əməliyyat xərcləri 1,1 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat, mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 16,6 milyon manat olub. Bunun 14,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,5 milyon manat, o cümlədən aldıqları kreditlər 6,3 milyon manat, balans kapitalı isə 10,1 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,5 milyon manat təşkil edib.