XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 14:41

Ötən il sığorta bazarı 6% azalıb –Mərkəzi Bank

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2019-cu il ərzində 681,177 mln. manat həcmində sığorta haqqı toplanıb.

 Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, 2018-ci illə müqayisədə sığorta yığımları 6,4% azalıb.

Hesabat dövründə şirkətlər tərəfindən 301,537 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 25,5% çoxdur.

Hesabat ilində könüllü sığorta bazarı üzrə yığımlar 456,604 mln. mant, ödənişlər 220,910 min manat təşkil edib. İllik müqayisədə müvafiq olaraq 14,8% azalma, 28% artım qeydə alınıb.

2019-cu il ərzində şirkətlərin icbari sığorta yığımları 224,573 mln. manat, ödənişləri 80,627 mln. manat olub. Bu isə illik müqayisədə yığımlarda 17% artım, ödənişlərdə 19% artım deməkdir.