XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 20:01

KASKO üzrə sığorta haqlarının həcmi ötən il 27%-dən çox artıb –AMB

Ötən il Azərbaycanda KASKO sığortası üzrə toplanan sığorta haqlarının həcmi 27,5% artaraq 36 280,6 min manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, 2019-cu ildə KASKO sığortası üzrə ödənişlərinin isə həcmi 36,5% artaraq 13 072,3 min manata çatıb.

Qeyd edək ki, KASKO sığortasının da daxil olduğu əmlak sığortası üzrə toplanan sığorta haqlarının həcmi ötən il 2,4% azalaraq 133 113,1 min manata enib. Sığorta ödənişlərinin həcmi haqlarının isə 2 dəfədən (121,3%) çox artaraq 37 693,7 min manata çatıb.