XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 23:30

“Qara qızıl”ın qiyməti həftəni itkilərlə tamamlayır- Rəqəmlər

Xam neft qiymətin bahalaşmasına baxmayaraq, həftəni itkilərlə tamamlayır.

Koronavirusun yayılmasının qlobal tələbatına mənfi təsir göstərdiyi mühitdə “OPEC+” koalisiyasının istehsalı daha da azaldacağına dair xəbərlərin yayılması fonunda “qara qızıl”ın qiyməti ardıcıl 5 həftədəki itkilərini müəyyən qədər azaltmaqla biraz bahalaşıb.

“OPEC+”un hasilatı azaldılacağı ilə bağlı məlumatlar neftin qiymətini 2,5 faiz artırsa da, “Brent”in qiyməti yanvarın əvvəllərindən etibarən təxminən 20 faiz ucuzlaşıb.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 54,53 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 50,31 dollara satılır(azərtac).