XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 19:20

Pensiyalar bu ay artımlarla birgə ödənilib- Nazirlikdən açıqlama

Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib.

Strateq.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

F.Talıbov bildirib ki, vətəndaşlar artıq pensiyalarını ala bilərlər:

“Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək. Xatırlatma üçün bildirim ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb”.