XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 12:52

Azərbaycan Gürcüstanın ən çox neft bitumu idxal etdiyi ölkələr arasında üçüncü olub –Hesabat

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 0,2 min ton neft bitumu idxal edib.

Bu barədə Gürcüstan neft məhsulları idxalçıları birliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycandan idxal ümumi idxalın 6,2%-nə bərabər olub. Hesabat dövründə Gürcüstanın ən çox neft bitumu idxalı İranın payına düşüb – 84,5% və ya 2,7 min ton. İkinci isə Birləşmiş Ərəb Əmirlikləri olub – 0,2 min ton (6,2%). Azərbaycan isə Gürcüstanın ən çox neft bitumu idxal etdiyi üçüncü ölkə olub.

Yanvar ayında Gürcüstan ümumilikdə 3,2 min ton neft botumu idxal edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,1% və ya 0,9 min ton azdır. (apa)