XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 14:39

Astara terminalından yükaşırma dəfələrlə artırılacaq –"ADY Express"

“Azərbaycan Dəmir Yolları “QSC-nin törəmə müəssisəsi – “ADY Express”in ötən il Astara terminalından aşırılan yüklərinin həcmi 400 min tona yaxın olub.

Bu barədə “ADY Express”dən bildirilib.

Məlumata görə, terminalın fəaliyyətə başladığı dövr ərzində, yəni 2018-2019-cu illərdə, burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tona yaxın yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra, buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir.

Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq, yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası olub.

2 il öncə, tikintisinin birinci mərhələsi başa çatan, terminalda ilk yük qatarı qəbul olundu. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İrana ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisini 13 iyun 2017-ci il tarixində imzalanmış ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” aparır.

İnşahat işlərinə başlanandan, yəni 3 il ərzində mühüm işlər görülüb. Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xəttdən ibarət 1 800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1 440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İranın gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” müxtəlif texnika quraşdırıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunur nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Görülən mühüm işlərə baxmayaraq, terminalın inşası davam etdirilir. Yaxın zamanlarda terminal daxili daha 4 xətt dəmir yolunun tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatları aparılan meydançaların sahəsi artırılacaq.

Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nqəliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində, işlər həyata keçirilməkdədir.