XƏBƏR LENTİ

09 Aprel 2020
08 Aprel 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 13:15

Qazaxıstanın energetika naziri:"Gündəlik hasilatı 20-30 min barel azaltmalıyıq”

OPEC+ formatının Nazirlər Komitəsinin iclası fevralın sonunda, yaxud martın əvvəlində keçirilə bilər.

Bu barədə Qazaxıstanın energetika naziri Nurlan Noğayev bildirib.

O, OPEC-in baş katibi ilə söhbət etdiyini deyib: “Qərar vermək üçün verilən təklifə baxırıq. Hazırda hasilatla bağlı öhdəliyimiz 1 843 min bareldir. Bizə verilən təklifə görə, gündəlik hasilatı 20-30 min barel azaltmalıyıq”.

Xatırladaq ki, OPEC+ Texniki Komitəsinin tövsiyəsi gündəlik neft hasilatını 2018-ci ilin oktyabrı səviyyəsinə nisbətən 1,7 milyon barel azaltmağı nəzərdə tutan və mart ayının sonunadək qüvvədə olan mövcud razılaşmanı ilin sonunadək uzatmağı, hasilatı da daha 600 min barel azaltmağı nəzərdə tutur.

Bundan əvvəl OPEC konfransının prezidenti, Əlcəzair energetika naziri Məhəmməd Ərkab texniki komitənin razılaşma müddətini koronavirusun fəsadlarını aradan qaldırmaq üçün uzatmağı təklif etdiyini bildirmişdi. Səudiyyə Ərəbistanı hökuməti də hasilatı ilin sonunadək onlara ayrılan kvotaya nisbətən daha 400 min barel azaltmağa hazır olduqlarını açıqlamışdı.

Belə olarsa, üzv ölkələrinin öz öhdəliklərinə əməl edəcəkləri təqdirdə OPEC+ formatı çərçivəsində hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 2,1 milyon barel azalacağı deməkdir.