XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 22:44

“OPEC ölkələri neftin qiymətinə təsir etmək qabiliyyətini itirir”- Dan Brouillette

OPEC ölkələri neftin qiymətinə təsir etmək qabiliyyətini itirir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette deyib.

Koronavirusun yayılması fonunda OPEC ölkələrinin neft hasilatını azaltmaqla bağlı qərarını şərh edən Dan Brouillette bildirib: “OPEC nə qərar verərsə, bu, onlar üçün yaxşı olar. Onların bu səylərini müsbət qiymətləndiririk”.

OPEC-in neft istehsalını daha çox azaltmaq ehtimalından narahat olmadığını deyən D.Brouillette son illərdə kartelin qiymətə təsir etmək qabiliyyətinin azaldığını diqqətə çatdırıb.