XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 06:52

273.107 manat gecikdirilən ödənişlə bağlı tədbir görülüb – Nazirlik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi sahəsində nəzarət tədbirlərini gücləndirir.
Bu barədə Strateq.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, cari ilin aprel ayında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində işə götürənlər tərəfindən ümumilikdə 273107 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub: “Həmin məbləğin 272536 manatı (99,7 faiz)əmək haqlarından, qalanı isəzərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin işçilərə ödənilməsiningecikdirilməsi hallarının əsasən sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib”.