XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 11:05

EIA:"OPEC neft hasilatını 0,5 milyon barel azaldacaq"

Bu ilin mart-may aylarında OPEC ölkələri gündlək orta neft hasilatını 0,5 mln. barel azaldacağı proqnozlaşdırılır.

Bunu “APA-Economics” Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, OPEC tərəfindən hasilatın azaldılması 2020-ci ilin əvvəlində neftə olan tələbatın azalması ilə əlaqələndirilir.

OPEC-in 2020-ci ildə gündəlik neft hasilatının orta hesabla 28,9 mln. olacağı proqnozlaşdırır ki, bu da yanvar proqnozundan 0,3 mln. barel azdır. OPEC üzrə hasilatının azalması Liviyada neftin istehsalı ilə bağlı fasilələrin davam etməsi ilə bağlıdır, hesabatda qeyd edilir.

Xatırladaq ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə OPEC+ təşəbbüsü üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

Onu da əlavə etmək lazımdır ki, OPEC+ Texniki Komitəsi neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonuna qədər uzadılmasını nəzərdən keçirməyi tövsiyə edib. Komitə ötən həftə Vyanada keçirilən iclasda alyans ölkələrinə koronavirusun neft bazarına təsirini dayandırmaq məqsədilə gündəlik hasilatı daha 600 min barel azaltmağı da tövsiyə edib.