XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 20:31

“Fitch Ratings”:"MDB və Qara dəniz ölkələri milli valyutalara keçsin"

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi xammal ixracatçısı ölkələrinin tədiyyə balansında mühüm yüksəliş gözləmir.

“Report” xəbər verir ki, bu barədə agentliyin “MDB və Qara dəniz regionlarının ölkələrində reytinq dinamikasının səngiməsi” adlı hesabatında bildirilir.

Sənəddə həmçinin region ölkələrində devalvasiya, xammal ixracatı ilə bağlı risqlər, bank sektorunun dəstəklənməsi kimi amillərin daha az təsir göstərdiyi, büdcə qaydalarının dəyişdiyi qeyd olunur: “Valyuta risqləri iqtisadiyyatı kövrək hala gətirən başlıca amillərdən biridir. Belə ki, Özbəkistanda, Azərbaycanda, Belarusda dövlət borcunun 90 faizindən çoxu xarici valyutada nominant edilir”.

Hesabat müəlliflərinə görə, valyuta risqlərinin azalması daxildə milli valyuta əsasında kapital bazarlarının inkişaf etdirilməsi ilə şərtlənir.