XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 00:14

Koronavirusun neft tələbatına təsirləri- Beynəlxalq Enerji Agentliyi açıqladı

Koronavirusun yayılması ilə əlaqədar qlobal neft tələbatı 2020-ci ilin birinci rübündə azalacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, bu, 2009-cu ildən bəri ilk dəfə birinci rübdə neft tələbatının azalması deməkdir.

“Koronavirusun qlobal neft tələbatına təsiri çox böyük olacaq. İlin birinci rübündə tələbatın gündəlik 435 min barrel azalacağı gözlənilir. 2020-ci il üzrə qlobal neft tələbatının artım proqnozu sutkalıq 365 min barrel azaldılıb və 2011-ci ildən indiyədək ən aşağı səviyyə olan gündəlik 825 min barrelə endirilib”, – deyə IEA-nın hesabatında qeyd olunur.

Cari ilin ikinci rübündə neft tələbatının sutkada 1,2 milyon barrel artacağı gözlənilir.

IEA OPEC ölkələrində neft tələbatının azalacağını, lakin virusun ilin sonunadək ABŞ-ın neft şirkətlərinin tədarük artımına təsiri olmayacağını nəzərdə tutur.

Beynəlxalq Enerji Agentliyinə görə, neft istehsalçıları koronavirus səbəbindən ilin birinci yarısında hasilatı daha da azalda bilərlər(azərtac).