XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 20:56

Koronavirus qlobal neft tələbatına təsirsiz ötüşmür- Rəqəmlər

Koronavirus qlobal neft tələbatına mənfi təsir göstərir.

Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC və ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu həftə açıqladıqları proqnozlarda koronavirusun cari ilin birinci yarısında neft tələbatına təsirini real olaraq göstərməyiblər.

IEA-ya görə, virus tələbata böyük təsir göstərəcək, OPEC isə təsirin daha az olacağı qənaətindədir. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, birinci rübdə qlobal neft tələbatı əvvəlki proqnozla müqayisədə gündəllik 1,3 milyon barrel az olacaq.

IEA bu tədarük çatışmazlığının OPEC-lə müqayisədə üç dəfə çox olduğunu açıqlayıb. Rüb ərzində Çinin neft istehlakının sutkada 940 min barrel olacağı gözlənilir.

OPEC bu vəziyyətdən elə də narahat görünmür. Kartelə görə, birinci rübdə Çinin neftə olan tələbatı əvvəlki proqnozla müqayisədə gündəlik 160 min barrel azalacaq.

ABŞ-ın Enerji İnformasiya Administrasiyası isə koronavirusun yayılması fonunda neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb. Belə ki, EIA cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 61 dollar olacağını nəzərdə tutur. Əvvəlki proqnoz 65 dollar/barrel idi.

Qeyd edək ki, yanvarda dünya birjalarında neftin qiyməti təxminən 18 faiz ucuzlaşıb. Buna təsir göstərən ən böyük amil isə koronavirusdur(azərtac).