XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 16:11

2020-2022-ci illərdə Azərbaycana 5,8 mln. dollar məbləğində texniki yardım ayrıla bilər –AİB

Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı cari aktiv portfeli üç kredit xəttindən (nəqliyyat sektorunda) və altı texniki yardım layihəsindən ibarətdir.

Bu barədə AİB-in Bakı ofisindən bildirilib.

Ofisdən verilən məlumata görə, Azərbaycanın bir sıra dövlət qurumu bank tərəfindən maliyyələşdirilən regional texniki yardım layihələri çərçivəsində məsləhət xidmətlərindən yararlanırlar: “2020-2022-ci illərdə AİB-in Azərbaycana ayıracaq texniki yardımın ümumi həcmi 5,8 mln. ABŞ dolları təşkil edəcəyi gözlənilir. Ötən il AİB beş texniki yardım layihəsinə Azərbaycan hökumətinə 3,2 mln. dollar ayırıb”.

Qeyd edək ki, AİB-in Azərbaycanda texniki yardım üzrə cari aktiv portfelində olan layihələrə üzən günəş enerjisi istehsalı qurğusu, ünvanlı sosial yardımın sadələşdirilməsinə aid tövsiyələri, yığım prinsipinə əsaslanan pensiya təminatı sxemini tətbiqini, “gender-həssas büdcə planlaşması” və “startap”ların inkişafı üçün mühitin yaxşılaşdırması layihələri daxildir.