XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 20:31

Azərbaycanda qaz hasilatı artıb –DSK

Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 206,5 min ton xam neft hasil edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu həcmin 3 201,7 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin ilk ayında xam neft hasilatının həcmi ötən ilin ilk ayından 3,8% azdır.

Bu ilin yanvar ayında Azərbaycanda 3 496,3 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 14,2% çoxdur. Hasil edilən təbii qazın 2 412,7 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik qaz hasilatı yanvar ayında ötən ilin yanvar ayından 21,1% çox olub.