XƏBƏR LENTİ

10 Aprel 2020
09 Aprel 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 00:19

Azərbaycan neftinin qiyməti dəyişdi- Rəqəmlər

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 57,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.