XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

19 Fevral 2020 - 22:28

Qızılın qiyməti 7 illik rekordu yenilədi

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.

“Report” bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.

Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.