XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 Fevral 2020 - 00:11

Azərbaycanın qeyri-neft ixracı artıb –Rəqəmlər

Bu ilin yanvar ayı ərzində Azərbaycandan 140 796,29 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% və ya 3 153,84 min dollar həcmində artım müşahidə olunub.

Xatırladaq ki, 2018-ci ilin yanvar ayında ölkədə qeyri-neft ixracı 137 642,45 min dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yanvarında Azərbaycandan ümumilikdə 2 130 205,34 min dollar dəyərində 1 073 çeşiddə mal ixrac olunub/APA.