XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 12:53

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi yanvarda 2% artıb –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar ayında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 224 418,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4 388,8 min dollar və ya 2% çoxdur.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasən, cari ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ixracın həcmi 122 736,2 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 4 982,2 min dollar və ya 3,9% azdır. İdxalın həcmi isə 101 681,8 min dollara bərabər olub ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 9 371 min dollar və ya 10% artıb.

Nəticədə, bu ilin yanvar ayında 21 054,4 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 14 353,3 min dollar və ya 40,5% azdır.