XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 14:48

Koronavirus təhlükəsi Azərbaycanda qızıl qiymətlərinə təsir etmir –“AzerGold”

Dünya bazarlarında koronavirus təhlükəsi Azərbaycanda qızıl və digər metalların qiymətlərinə təsir etməyib.

Trend-in məlumatına görə, bunu “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dünya bazarlarında qızıl və digər metalların qiyməti aktiv şəkildə dəyişir. Bu ilk növbədə Çində yayılan koronavirusla əlaqədardır. Belə ki, investorların böyük əksəriyyəti qiymətli metalları iri həcmlərdə satın alır.

Z.İbrahimov əlavə edib ki, şirkətin 2020-ci il üçün hasilat proqnozu 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüş təşkil edir.