XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 19:25

Azərbaycan tütün idxal və ixracını 50%-dən çox azaldıb –DGK

Bu ilin yanvar ayında Azərbaycana 4 855,50 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 806,72 min ABŞ dolları və yaxud 54,46% azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,67%-ni təşkil edib.

Bu ilin ilk ayı ərzində Azərbaycandan 781,39 min ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 143,86 min ABŞ dolları və yaxud 59,41% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,04%-nə bərabər olub.