XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 13:02

“Mastercard” gəlir proqnozunu endirib- Koronavirusa görə

“Mastercard” korporasiyası epidemiya səbəbindən bu il planlaşdırdığı gəlir göstəricilərinə çata bilməyəcəyini bildirib.

APA-Economics”in şirkətin dərc etdiyi məlumata istinadən verdiyi xəbərə görə, şirkətdən bildirilib ki, sürətlə yayılan xəstəlik xarici səyahətlərə, habelə transsərhəd elektron ticarətin artmasına mənfi təsir göstərir. Beləliklə, şirkət ötən il gəlir üzrə verdiyi proqnozlara yenidən baxmaq məcburiyyətində qalıb. Cari ilin I rübünün yekununda korporasiyanın gəliri 9-10% artacağı gözlənilir. Yanvarda bu proqnoz 2-3 faiz bəndi yüksək idi.

“Mastercard” koronavirusun yayılmasının növbəti rüblərin nəticələrinə necə təsir edəcəyini qiymətləndirən uzunmüddətli proqnozlardan hələ vaz keçir. Həmçinin, şirkət hələ də cari ilin nəticələrinə epidemiyanın mümkün təsirini qiymətləndirmək üzrə öhdəliyi də üzərinə götürməyib.