XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2020 - 20:17

İranla Avropa İttifaqı arasında hesablaşma mexanizmi işə salındı –ABŞ-ın sanksiyasından xilas yolu tapıldı?

Avropa İttifaqı ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla bank əməliyyatlarını təmin edəcək İNSTEX (İnstrument in Support of Trade Exchanges – Ticarət Mübadilələrinə Dəstək Aləti) mexanizmini işə salıb.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Riabkov İranın nüvə proqramına (JCPOA) dair birgə komissiyanın iclasından sonra bildirib.

“Biz, nəhayət, işə salındığı görülən, bir sıra sövdələşmələrin həyata keçiriləcəyi güman edilən İNSTEX xüsusi tədiyyə mexanizmini əsaslı şəkildə gücləndirməyi həmkarlarımıza təklif etdik”, – deyən Rusiya rəsmisi yeni mexanizmin İranla neft əməliyyatlarını da əhatə etməsinə tərəfdar olduqlarını qeyd edib/Report.