XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 00:06

ÜDM 2,4 faiz artıb –Azərbaycanda + Rəqəmlər

2020-ci ilin yanvar ayında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artaraq 6 milyard 520,2 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artıb, neft-qaz sektorunda isə 0,7 faiz azalıb.

ÜDM istehsalının 44,2 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub.