Bu il fevralın 1-nə əsasən Azərbaycanda fiziki şəxslərin banklarda yerləşdirilən əmanətlərinin 4 388,6 mln. manatı və ya 51,1%-i xarici valyutadadır.
Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, əmanətlərdə dollarlaşma aylıq müqayisədə 1,1% bəndi azalıb.
Belə ki, 2020-ci il yanvarın 1-nə əsasən əmanətlərin 52,2%-i və ya 4 505,2 mln. manatı xarici valyutada olub.
Qeyd edək ki, 2019-cu il fevralın 1-nə əsasən? fiziki şəxslərin cəmi əmanətlərinin 5 047,9 mln. manatı və ya 62,5%-i xarici valyutada olub.