XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 18:42

Nağdsız valyuta bazarında əməliyyatların həcmi 9%-dən çox artıb –AMB

2019-cu il ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2018-ci ilə nəzərən 9,4% artaraq 27,8 mlrd. ABŞ dollar ekvivalentində olub.

Bu barədə Azərbaycan Mərkəzi Bank xəbər verir.

Qeyri-nağd valyuta bazarında əməliyyatların 82,%-i ABŞ dollarında, 17,2%-i digər valyutalarda aparılıb.

Nağdsız valyuta əməliyyatlarının 33,7%-i banklararası valyuta bazarında (BVB), 66,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.