XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 22:59

Azərbaycana ötən ay 42,1 milyon dollar ixrac sifarişi daxil olub –İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

2020-ci ilin yanvar ayında azexport.az portalına 42,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3%), Səudiyyə Ərəbistanı (9%), Türkiyə (8,1%), Hindistan (7,2%) və Fransa (7,2%) qərarlaşıb.

Cari ilin yanvar ayında azexport.az portalına ən çox ixrac sifarişi pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 yanvar tarixinə kimi (37 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 626,9 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 8,1 milyon ABŞ dolları olub.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin sertifikat təqdim etdiyi məhsullar 21 ölkəyə – İsveçrə (60%), Gürcüstan (14%), Rusiya (13%), Qazaxıstan (4%), Türkiyə (2%), Birləşmiş Krallıq (2%), digər ölkələrə (5%)- (Ukrayna, Çexiya, Belçika, Belarus, İspaniya, Niderland, Malayziya, Avstraliya, Çin, Oman, İsrail, Almaniya, İraq, Səudiyyə Ərəbistanı) ixrac edilib. İxrac statistikasına nəzər yetirdikdə 2019-cu ilin fevral ayı ilə müqayisədə ixracda 2,2 milyon ABŞ dolları dəyərində artım müşahidə olunub.

“İxrac İcmalı”nın yanvar sayında “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına başlanılması, Azərbaycan şirkətlərinin “Beynəlxalq Yaşıl Həftə 2020” sərgisində iştirak etmələri və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.