XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 14:26

Azərbaycan iqtisadiyyatı 2015-2016-cı illərdə 1,5 faiz artacaq

AYIB.jpg

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 2015-2016-cı illər üçün iqtisadi artım proqnozunu 1,5 faiz səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə AYİB-in “Regional Economic Prospects” hesabatında deyilir. Əvvəlki hesabat bu ilin yanvarında yayımlanmışdı.

2014-cü ildə Azərbaycan üDM-in artım tempi 2,8 faiz, 2015-ci ilin I rübündə isə 5,3 faiz olub.

Hesabatda deyilir: “Bank sektoruna mənfi təsir edən manatın devalvasiyası neftin aşağı qiymətlərini kompensasiya etməyə və ölkənin rəqabətqabiliyyətliliyini qorumağa kömək etdi. Bununla belə, neftin qiymətinin ucuz olması Azərbaycanın ticarət balansına mənfi təsir etdi və beynəlxalq ehtiyatlara təzyiq göstərir”.

Bununla yanaşı, Azərbaycan üDM-in artım proqnozu Şərqi Avropa və Qafqazda ən yüksəklərdən biridir.

Strateq.az