XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 13:57

“Türkmənistanın TRACECA-nın tamhüquqlu üzvü olması aktuallaşır” –Səfir

Türkmənistanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli sazişin tamhüquqlu üzvü qismində TRACECA-ya daxil olması məsələsi aktuallaşır.

TRACECA katibliyindən verilən məlumata görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Ayku TRACECA-nın Baş katibi Asef Asavbayevlə görüşü zamanı deyib.

Görüş zamanı D. Ayku Qara və Xəzər dənizləri arasında beynəlxalq yük marşrutu layihəsini qeyd edib. Layihə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistanın və sözügedən ölkələrinin dəniz limanlarının imkanlarına əsaslanır.

D. Aykunun sözlərinə görə, Türkmənistandan başqa qalan üç ölkə TRACECA-nın əsas çoxtərəfli razılaşmasının üzvüdür. Bu da Türkmənistanın da sözügedən razılaşmaya üzvü olması məsələsinin aktuallaşdırır.

Qeyd edək ki, TRACECA Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib. (apa)