XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

06 Mart 2020 - 15:37

Azərbaycanda 1 milyondan çox vergi ödəyicisi var –Vergilər Nazirliyi

Bu ilin martın 1-nə Azərbaycanda 1 070 492 vergi ödəyicisi olub.

Bu barədə Vergilər Nazirliyi xəbər verir.

Məlumata görə, bunun 927 427-si, yaxud 86,6%-i fiziki şəxslər (fərdi sahibkarlar), 143 065-i, yaxud 13,4%-i isə hüquqi şəxslər – şirkətlər və digər təşkilatlardır.

Ötən il martın 1-i ilə müqayisədə ölkədə vergi ödəyicilərinin sayı 82 334 vahid, yaxud 8,3% artıb. Bu artımın 66 673-ü və yaxud 81%-i fiziki şəxslərin, 15 661-i, yaxud 19%-i isə hüquqi şəxslərin hesabına baş verib.