XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2020 - 18:23

Azərbaycan qırmızı London taksiləri alıb –FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100 ədəd “TX”, 0 emissiyalı elektrik taksisi alıb.

Bu barədə Britaniya şirkətinin açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. “Bakı Taksi Xidməti”nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından otellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək/Report.