XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2020 - 11:36

“Goldman Sachs”:Neft 20 dollara qədər ucuzlaşa bilər

ABŞ-ın “Goldman Sachs” investisiya bankı bəyan edib ki, dünya bazarında neftin 1 barelinin qiyməti qeyri-sabit vəziyyət fonunda 20 ABŞ dollarına düşə bilər.

Bu barədə “Bloomberg” agentliyi xəbər verir.

Bankın hesabatında deyilir ki, qiymətlərin bu cür azalması neft və qaz bazarları ilə bağlı proqnozları kökündən dəyişdirəcək.

Xatırladaq ki, bu gün London əmtəə birjasında bu ilin may ayında çatdırılmaq şərti ilə satılan “Brent” markalı neftin 1 barelinin qiyməti 32 ABŞ dollarına, London əmtəə birjasında isə WTI markalı neftin 1 barelinin qiyməti 27 ABŞ dollarına düşüb. Bu, ötən həftənin sonu ilə müqayisədə təxminən 30% azdır və 1991-ci ildəki Körfəz müharibəsindən sonra tarixdə ikinci ən böyük azalmadır. (report)