XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 14:55

1991-ci ilin Körfəz müharibəsindən bəri baş verməyən fəlakət:OPEC + ALYANSI DAĞILDI, "BRENT" MARKALI NEFT 31% UCUZLAŞDI

Dan Murto, Alfred Kanq

“Bloomberg”, 09.03.2020

 

OPEC + Alyansının dağılması ilə Səudiyyə Ərəbistanı və Rusiya arasında geniş siyasi və iqtisadi nəticələrə səbəb olan qiymət müharibəsi başlayıb, sonra neft bazarlarında 30%-dən çox ucuzlaşma qeydə alınıb.

“Brent” fyuçersləri Asiyada ticarətin başlanğıc saniyələrində rekord səviyyəsində ikinci ən böyük eniş yaşayıb. 1991-ci ilin Körfəz müharibəsi dövründə baş verən enişdən sonra ikinci dəfə. Hazırda qiymətlər 1 barel üçün 20 dollara enə bilər.

Faciəli çökmə “Exxon Mobil Corp.” kimi nəhənglərdən tutmuş Qərbi Texasdakı kiçik şist qazma şirkətlərinə qədər enerji sənayesində rezonans doğuracaq. İraqdan Nigeriyaya qədər neftdən asılı ölkələrin büdcələrinə zərbə vuracaq və Səudiyyə Ərəbistanı kimi ölkələrin təsirini korlayaraq qlobal siyasəti dəyişdirəcək.

Yeraltı yanacaq mənbələri ilə müqayisədə bərpa olunan enerji daha rəqabətli hala gəlir, yəni iqlim dəyişikliyinə qarşı mübarizə uğursuz ola bilər.

Hyustonda yerləşən “Lipow Oil Associates MMC”-nin prezidenti Andi Lipoi deyib: “İnanılmazdır, bazarı açıq satış dalğası bürüyüb. OPEC + qiymət müharibəsi aparır”.

Koronavirusa görə tələbat getdikcə azalır, neft bazarında xaos daha da dərinləşir. Səudiyyə Ərəbistanı rəsmi qiymətləri həftəsonu ən azı 20 ildəki minimuma endirib və alıcılara məhsul hasilatının artacağını bildirib. Bu, bazarı xam neftlə doldurmaq niyyəti barədə birmənalı bəyanatdır.

Rusiya şirkətləri bacardıqları qədər hasilatı gücləndirəcəyini açıqlayıb.

“Aramco”-nun misli görünməmiş qiymət hərəkəti Neft İxrac edən Ölkələr Təşkilatı və müttəfiqləri arasındakı danışıqların kəskin uğursuzluqla başa çatmasından bir neçə saat sonra baş verib. Alyansın parçalanması 2016-cı ildən bəri neftin qiymətini aşağı salan Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı əməkdaşlığı sonlandırır.

Səudiyyə Ərəbistanı istehsalçısı bəzi bazar iştirakçılarına öz məhsullarını gələn ay gündəlik 10 milyon bareldən çox artırmağı planlaşdırdığını, hətta gündəlik rekord miqdara – 12 milyon barelə çıxa biləcəyini söyləyib.

Hər dəfə qiymət müharibəsi başladıqda, neft qiymətləri kütləvi enişə məruz qalıb. “West Texas Intermediate” 1985-ci ilin sonundan 1986-cı ilin martına qədər, ABŞ-da neft hasilatının yenidən qurulması şərtiylə, 66% itirib. Səudiyyə Krallığı 1990-cı illərin sonlarında Venesuela ilə qarşıdurma apararkənm, “Brent” markalı xam yeftin qiyməti 1 barelə görə 10 dollardan aşağı düşüb.

Koronavirusun iqtisadiyyata təsiri ucbatından neft tələbatı onsuz da azalmaqda ikən, tacirlər qiymətlərin daha da enəcəyini proqnozlaşdırırlar. Nyu-Yorkdakı “Goldman Sachs” şirkətinin əmtəə araşdırmalarının rəhbəri Cefri Körri deyib: “Neft bazarı artıq iki qeyri-müəyyən nəhəng sarsıntı ilə qarşı-qarşıya qalıb”.

May ayı üçün “Brent” markalı neftin 1 barelinin qiyməti 14,25 dollar (31,02 dollar) ucuzlaşıb, bu, 1991-ci ilin yanvar ayında ABŞ-ın İraqın bombardman etməsindən bəri ən böyük günlük itkidir.

“West Texas Intermediate” markalı xam neftin qiyməti 34% azalıb – 27.34 dollar. Ticarət azalmanın miqyasına görə ilk dəqiqələrdə dondurulub.

Neftin ucuzlaşması maliyyə bazarlarına da sirayət edib. ABŞ kapital fyuçersləri, Norveç kronu və Meksika pesosu da daxil olmaqla, neft valyutaları ilə birlikdə yapon yeni və qızılın qiyməti artıb. Çinin “CNOOC Ltd” və Avstraliyanın “Santos Ltd” şirkətləri ilə birlikdə neft istehsalçılarının səhmləri 20% -dən çox ucuzlaşıb.

“Brent” markalı xam neft 2016-cı ildə 1 barel üçün 30 dolların altına düşüb. Məhz bu fəlakət OPEC-i Rusiya və digərləri ilə birlikdə məhsul istehsalını azaltmağa və neftdən asılı iqtisadiyyatları yaxşılaşdırmağa kömək edib.

Tərcümə: Strateq.az