XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 22:50

Milyarderlər ötən gün nə qədər pul itirib?- "Forbes" açıqladı

Bir sıra ekspertlərin “qara bazar ertəsi” adlandırdığı martın 9-da “Forbes” jurnalının ilk onluğuna daxil olan milyarderlər ümumilikdə 38 milyard dollar varidat itirib.

Trend-in məlumatına görə, bu, dünya birjalarında qeydə alınan kəskin enişlə əlaqədar olub.

Ən çox pul itirən milyarder LVMH şirkətlər qrupunun prezidenti Bernar Arno olub. Gün ərzində onun 6 milyard dolları “yoxa çıxıb”.

“Amazonun” təsisçisi Ceff Bezos 5,6 milyard dollar, “Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri Uorren Baffet 5,4 milyard dollar sərvət itirib.

Meksikalı biznesmen Karlos Slimin itkiləri 5 milyard dollar, “Facebook”un təsisçisi Mark Tsukerberqin itkiləri isə 4,2 milyard dollara bərabər olub.

Bundan başqa, “Zara” brendinin sahibi Amansio Orteqa 2,8 milyard, “Microsoft”un təsisçisi Bill Geyts 3,8 milyard dollar, “Google”un həmtəsisçisi Larri Peyc 3,3 milyard dollar, “Oracle” şirkətinin təsisçisi Larri Ellison 1,8 milyard məbləğində “kasıblayıb”.