XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 19:15

OPEC-in iclası ləğv edilib –Səudiyyə Ərəbistanına görə

OPEC+in Texniki komitəsinin (JTC) martın 18-nə planlaşdırılan vebinar rejimli iclası ləğv edilib.

Bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib.

Bundan öncə Səudiyyə Ərəbistanı iclasda iştirak etməkdən imtina etmişdi.

OPEC+ ölkələrinin martın 6-da keçirilən iclasında Rusiya və Səudiyyə Ərəbistanının hasilatın azaldılmasının martdan sonra da davam etdirilməsi ilə bağlı məsələdə uğursuz danışıqlarından sonra OPEC Texniki Komitənin görüşünün keçirilməsinin zəruriliyinə şübhə edirdi. Ancaq sonradan Rusiya və Qazaxıstan OPEC+ əməkdaşlıq xartiyasının qüvvədə olduğunu əsas gətirərək texniki məsləhətləşmələrə ehtiyac olduğunu bəyan edib/Report.