XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 13:27

“Brent” və WTI markalı neftin qiyməti qalxıb –London birjasında

Martın 13-də Londonun ICE birjasında keçirilən ticarət əməliyyatlarında neftin qiyməti ötən gün qeydə alınan ciddi azalmadan sonra tədricən artmağa başlayıb.

TASS xəbər verir ki, həm “Brent”, həm WTI markalı neftin qiymətində artım qeydə alınıb.

Birjanın məlumatlarına görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 34 ABŞ dolları həddini keçib. Artımın pik nöqtəsində qiymət 34,17 dollar/barelə çatıb ki, bu da öncəki bağlanış qiymətindən 2,9% çoxdur. WTI markalı neftin fyuçersləri isə 32,53 dollar/barelə çatıb (+3,3%). Hazırda bu sort neftin qiyməti bir barel üçün 32,3 ABŞ dolları səviyyəsindədir (+2,6%).

Qeyd edək ki, martın 6-da keçirilən danışıqlarda OPEC+ ölkələrinin nazirləri neft hasilatını azaldılması üzrə sazişin gələcək parametrləri barədə razılığa gələ bilməyiblər. OPEC hasilatı bu ilin sonuna qədər gündəlik daha 1,5 milyon barel azaltmağı təklif etsə də, Rusiya buna razı olmayıb. Aprel ayından etibarən hasilatla bağlı bütün məhdudiyyətlər aradan qaldırılacaq. Sazişlə bağlı razılaşmanın olmaması səbəbi ilə martın 9-da keçirilən əməliyyatlarda “Brent” markalı neft 30% ucuzlaşaraq 31 ABŞ dolları səviyyəsinə enib.

Neft qiymətləri həmçinin koronavirusun yayılması və onun dünya iqtisadiyyatına mənfi təsiri ilə bağlı narahatlıqlar fonunda da aşağı düşür. (Report)