XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 15:58

“Brent” neftinin qiyməti dördillik minimumu təzələyib –30 dollara düşdü

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 9,63% azalaraq Bakı vaxtı ilə saat 15:19-da 1 barelə görə 30,59 dollar təşkil edib.

Sonuncu dəfə “Brent” markalı neftinin qiymətinin 31 dollardan aşağı olması 2016-cı ilin fevralın 12-də qeydə alınmışdır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 6,66% azalaraq 29,97 dollar olub.