XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2020 - 15:59

Azərbaycanda daha bir müəssisə tibbi spirt istehsalına başlayıb –Açıqlama + FOTO

“CARÇIOGLU GROUP” MMC və Rusiyanın “Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan “RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.

Strateq.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.