XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2020 - 17:36

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar:aşağı hədd 6.75% qaldırıldı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Strateq.az Mərkəzi Banka istinadla xəbər verir ki, qərara əsasən, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla, aşağı həddi 6.75%-ə qaldırılıb:

“Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır.

Bu qərar 19 mart 2020-ci il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir”.