XƏBƏR LENTİ

01 Aprel 2020
31 Mart 2020

Digər Xəbərlər

23 Mart 2020 - 22:16

Azərbaycanda avtomobil benzini istehsalı 15% artıb –DSK

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinİn verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3% artıb.

Ayrı-ayrı neft məhsullarının istehsalına gəlincə, bu ilin yanvar-fevral aylarında 230 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 15,1% çoxdur.

Eyni zamanda, ilin iki ayı ərzində 371,8 min ton dizel yanacağı, 19,9 min ton yanacaq mazutu, 5,3 min ton sürtkü yağları, 30,2 min ton neft bitumu istehsal edilib.

Sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, dizel yanacağının istehsalı 9,5% artıb.

Hesabat dövründə 44,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 100,1 min ton ağ neft, 39,5 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 17,9%, ağ neftin istehsalı 3,3%, neft koksunun istehsalı 1,2% azalıb.