XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2020 - 14:26

“Neftin ədalətli qiyməti 45-55 dollardır” – Rusiyalı nazir

“Hazırda bazar üçün neftin ədalətli qiyməti bir barel üçün 45-55 ABŞ dollarıdır”. 

Bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin söyləyib.

Onun sözlərinə görə, qeyd olunan qiymət bazarda tələb artımı üçün optimaldır, lakin şist layihələrinin böyüməsinə imkan vermir.

“Fikrimizcə, bazarın fəaliyyət göstərməsinə imkan verən ədalətli qiymət, hazırda bir barel üçün 45-55 dollar arasındadır. Bu, bahalı layihələrin böyüməsinə imkan vermir, eyni zamanda tələbin sabit böyüməsinə imkan yaradır”,  –  deyə P. Sorokin qeyd edib.

Nazir müavini əlavə edib ki, dünya bazarlarında neftə olan qiymətlərin enməsində koronavirusun (COVİD-19) da rolu var. Hazırda bir barel neftin qiyməti 25 dollar civarındadır. (apa)