XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2020 - 10:52

ABŞ ventilyator istehsal edəcək –Koronavirusa görə

ABŞ-ın avtomobil istehsalçısı “Ford” və tibbi cihaz istehsalçısı “General Electric Healthcare” koronavirusla (COVİD-19) mübarizəyə dəstək vermək üçün qarşıdakı 100 gün ərzində 50 min ventilyator – suni nəfəs aparatı istehsal edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, birgə istehsal ediləcək havalandırma cihazlarının dizaynı ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib.

Məlumata görə, ventilyator istehsalına aprelin 20-də “Ford”un Miçiqandakı fabrikində başlanılacaq. Bu fabrikdə hər ay 30 min ağciyərin ventilyasiyası cihazının istehsalı planlaşdırılır.