XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2020 - 16:58

“Qaydalara ciddi şəkildə riayət edin” –AQTA marketlərdə monitorinq aparır

Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir.

AQTA-dan Strateq.az-a verilən nəlumata görə, Agentlik əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir:

“Eyni zamanda bu tədbirlər çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür.

İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər.

Qeyd edək ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunmuşdur. Maarifləndrimə tədbirləri çərçivəsində bu günlərdə respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqlərində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılıb.

Agentlik bir daha vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronovirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır”.